“Aqroservis” ASC 10 ədəd yüksək keçicilik xüsusiyyətinə malik xüsusi təyinatlı avtomobilərin (pick-up tipli) satın alınmasına 620 min manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan”www.etender.gov.azportalında dərc olunan məlumata istinadən xəbər verir ki, “Toyota Abşeron Mərkəzi” MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 623 min 999,99 manatdır.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir. **
N.Abbasova