Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (“Meliorasiya və Su Təsərrüfatı”ASC-nin strukturu – İF-Az) Zəngilan, Laçın və Kəlbəcər rayonlarının (Şərqi Zəngəzur iqtisadi rayonu)meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına 4 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, “SU PEK PROJE VE MÜŞAVİRLİK ANONİM ŞİRKETİ» şirkətinin Azərbaycandakı filialı və «PROMOR» MMC ilə 3,958 milyon manat ümumi məbləğdə müvafiq müqavilələr imzalanıb.
VE MÜŞAVİRLİK ANONİM ŞİRKETİ» şirkətinin Azərbaycandakı filialı ilə Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair müqavilə (dəyəri – 2,048 milyon manatdır) imzalanıb.
«PROMOR» MMC ilə Laçın və Kəlbəcər rayonlarınınmeliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanmasına dair müqavilə (dəyəri – 1,91 min manatdır) imzalanıb. dəyərində satınalma müqaviləsi imzalanıb.
Hər iki müqavilə üzrə icra müddəti – 365 gündür. **
R.Kərimov