Cümə axşamı Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken telefon danışığı zamanı kompleks məsələləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər. Bu barədə Türkiyə XİN-dən məlumat verilir.
“Diplomatlar Qara dəniz taxıl sazişi təşəbbüsü, İsveçin NATO-ya üzvlüyünü, Türkiyə ilə Ermənistan, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər”, - “Sabah” XİN-in bəyanatına istinadən məlumat verir.
Bundan əlavə, Fidan və Blinken F-16 qırıcılarının alınması və modernləşdirilməsi mövzusuna toxunublar.
Türkiyə XİN-in məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi məqsədilə mümkün qədər tez bir zamanda görüşməyə dair razılığa gəliblər. **