Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq Berlində Almaniya və Azərbaycan arasında illik siyasi məsləhətləşmələrin keçirildiyi barədə məlumat verib.
"Berlində Almaniya və Azərbaycan arasında illik siyasi məsləhətləşmələr keçirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlığa, şəffaflığa və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqda iştirakına görə təşəkkür edirəm”, - Lüttenberq Twiter-də yazıb.
O əlavə edib ki, Berlin Cənubi Qafqazda təhlükəsizliyin təminatına yönələn fəaliyyətini davam etdirəcək. **
R.Kərimov