İyunun 12-nə Vaşinqtonda planlaşdırılan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü Bakının xahişi ilə təxirə salınır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
“Məlumat veririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda planlaşdırılan növbəti müzakirə mərhələsi təxirə salınır», - Badalyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, görüşün tarixi barədə daha sonra məlumat veriləcək. **