2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçılar 1 milyon 628,279 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Sığorta müqavilələrinin böyük hissəsi könüllü sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 72,7%-i və ya 1 milyon 183,962 min müqavilə bu sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə artım 3,3 dəfə təşkil edib.
Həyat sığortası üzrə 921,434 min (artım 3,8 dəfə), qeyri-həyat sığortası üzrə 262,528 min (artım 2,2 dəfə), əmlak sığortası üzrə 143,713 min müqavilə (artım 2,1 dəfə) bağlanıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə bağlanmış müqavilələrin sayı 18% - 444,317 minədək artıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 371,239 min müqavilə (artım 22,1%) bağlanıb.
Yanvar-mart ayları ərzində sığortaçılar və təkrarsığortaçıların ümumi sığorta haqları 360 milyon 204,4 min manat (+35,2%), könüllü sığorta növləri üzrə 262 milyon 421,7 min manat (+31,8%), icbari sığorta növləri üzrə 97 milyon 782,7 min manat (+45,1%) təşkil edib.
2023-cü ilin yanvar-mart ayları ərzində sığorta hadisələri üzrə ödənişlər 105 milyon 356,4 min manat (+65,8%), könüllü sığorta növləri üzrə ödənişlər 80 milyon 970,6 min manat (+iki dəfə), icbari sığorta növləri üzrə ödənişlər 24 milyon 385,9 min manat (+8,7%) təşkil edib.**
X.Nəsirzadə