2023-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 501,469 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin birinci rübündə birbaşa xarici investisiyaların həcmi 17,2% azalıb.
Tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 77,5%-i (2022-ci ilin yanvar-mart ayıarında 59,5%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $337,5 (azalma 54%), xüsusi çəkisi 22,5% təşkil edib (2022-ci ilin yanvar-mart ayıarında – 40,5%).
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($464,7 milyon, artım 8,6%), Türkiyə ($289,4 milyon, artım 9,3%), Kipr ($201,5 milyon, azalma 23,6%), İran ($100,6 milyon, artım 17,4%) və Niderland ($97,97 milyon, artım 65,3 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($63,9 milyon), ABŞ ($38,2 milyon), Rusiya ($51,2 milyon), BƏƏ ($54,3 milyon) və Macarıstan ($47,46 milyon) daxildir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2021-ci illə müqayisədə 30,9% - $6,27 milyarda qədər artıb. **
A.Əzizov