DövlətŞəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şərqi Zəngəruz və Qarabağ iqtisadi rayonlarda 19 kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına 4,4 milyon manatdan çox vəsait yönəıldəcək.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, bu işlərin icrası məqsədiləı Mərkəz tərəfindən 4,426 milyon manat ümumi məbləğdə 9 müqavilə imzalanıb.
“Bureau Mühit” MMC ilə Laçın rayonunun Kürdhacı və Ərikli kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına dair 412.25 min manat məbləğində müqavilələr imzalanıb.
“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kənd yaşayış məntəqərinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına dair 436,45 min manat məbləğində müqavilələr bağlanıb. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Cəbrayıl rayonunun Sarıcallı və Maşanlı kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına dair 498,2 min manat məbləğində müqavilələr imzalanıb.
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Füzuli rayonunun Cuvarlı, Qubadlı rayonunun Muradxanlı və “Ağdam rayonunun Qiyaslı kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına dair 720,45 minmanat ümumi məbləğdə müvafiq müqavilələr imzalanıb.
“Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu Laçın rayonunun Pircahan və Qubadlı rayonunun Hal kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinə cəlb olunub (421,85 min manat). “Bakı Dövlət Layihə İnstitutu” Zəngilan rayonunun Zəngilan kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın və Alıbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinə (441,9 min manat) cəlb edilib.
«Qala Group” MMC ilə Füzuli rayonunun Qoçəhmədli və Qarakollu kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına dair 501 min manat məbləğində müqavilələr imzalanıb. “İrontree” MMC ilə Füzuli rayonunun Qarğabazar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması (225,35 min manat), “Reflect Architects” MMC ilə Ağdam rayonunun Ey.azanbəyli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması (249,3 min manat), “EL & EN” Firması ilə Ağdam rayonunun Salahlı Kəngərli və Güllücə kənd yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanmasına (519,5 min manat) dair müqavilələr imzalanıb.
İşlərin icrası müddəti – 2 iyun 2023-cü ildən 2 mart 2024-cü ilə qədərdir. **
R.Kərimov