Hazırda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeni tarixinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparılır.
“Ümid edirik ki, bu görüş yaxın zamanlarda baş tutacaq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzrədə tutulan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təxirə salınmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, görüşün tarixini təşkilatçı ölkə elan edəcək. **
R.Əhmədov