MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dəstəklənməsini vacib hesab edir.
“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənməlidir”, - Manilov cümə axşamı Bakıda jurnalistlərə deyib.
O, iyunun 8-də Bakıda keçirilən MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclasında Ermənistan nümayəndələrinin iştirakını alqışlayıb. “Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti iclasda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o vurğulayıb.
Manilov əlavə edib ki, Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasının yekunlarlna dair 19 sənəd təsdiq olunub. **
R.Əhmədov