Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Bu barədə baş naziri Əli Əsədov bəyan edib.
“2022-ci ilin ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə xarici ticarət dövriyyəsi 31% - $4,7 milyard artıb. 2023-cü ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin artımı 38% təşkil edib”, - Əsədov cümə axşamı Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismindəçıxışı zamanı bildirib.
Nazirlər Kabinetinin mətbuat xidməti baş nazirin sözlərində sitat gətirir. Əsədov deyib ki, Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb: “Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”.
Nəqliyyat sahəsində tərəfdaşlığa toxunan Əsədov qeyd edib ki, qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib.
“Bu fonda dövlətlərimizin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır. Həmçinin, Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. 2022-ci ilin yekunlarına görə, artım 75% təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26% artıb”, - o vurğulayıb
Baş nazir qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz nəqliyyat marşrutlarının vacib halqasıdır.
Eyni zamanda, o əlavə edib ki, bu gün Azərbaycan hökuməti Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş ərazilərdə (Qarabağ vəŞərqi Zəngəzurda) avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal sərmayə yatırır.
“(...) Bütün bu və digər tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək. Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə ikitərəfli formatda dövlətlərarası münasibətlərin geniş gündəliyi nəzərə alınmaqla, Azərbaycan bundan sonra da bütün istiqamətlər üzrə əlaqələrin artırılması üçün ciddi səylərini davam etdirməyə hazırdır”, - baş nazir əlavə edib. **
R.Əhmədov