Cümə axşamı xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
XİN-in məlumatında qeyd olunur ki, “tərəflər Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar”.
Bildirilib ki, müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlər dinamik şəkildə inkişaf edir.
Bayramov Boçarnikova fəaliyyəti dövründə “Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə” dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Boçarnikov öz növbəsində Azərbaycandakıfəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.
XİN-dən məlumat verilir ki, görüş zamanı həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. **
İnformasiya şöbəsi