ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha əvvəl iyunun 12-nə planlaşdırılmış danışıqların yeni vaxtı barədə məlumat olmadığını bildirib.
“Danışıqların növbəti raundunun tarixinə gəldikdə, hazırda konkret tarixlərimiz yoxdur”, - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Amerikanın səsi”nə bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.*
R.Kərimov