Ukraynadakı Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Humanitar yüklər su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlardan ibarətdir.
Ukraynanın Azərbaycanakı səfiri Vladislav Kanevski jurnalistlərə bildirib ki, humanitar yardım təbii fəlakət zonasına çatdırılacaq. O əlavə edib ki, Azərbaycan xilasetmə işlərində istifadə olunacaq 20 ton yanacaq da verib.
Humanitar yardım Ukrayna tərəfinin müraciətindən sonra göndərilib.*
Xəbərlər şöbəsi