Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimində axtarış-xilasetmə tədbirləri icra olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub”, - deyə məlumatda bildirilir.
Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.
Beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.*
Xəbərlər şöbəsi