Azərbaycan Ordusunun bölmələri tərəfindən iyunun 9-da Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.*
Xəbərlər şöbəsi