Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev iyunun 9-da etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib. Bu barədə Azərbaycanın Kiyevdəki səfirliyindən bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il mayın 23-də Seymur Mərdəliyevi Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edib.*
Xəbərlər şöbəsi