İyunun 9-da Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.
“Qarşı tərəfin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən əlavə edilib.*
V.Əliyev