Ermənistan “məhkəməsi” Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini 3 ay uzadıb.
Jurnalistlərin məhkəmə iclasında iştirakı məhdudlaşdırılıb.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmələri ilə bağlı məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında Hüseyn Axundovun amansız işgəncələrə məruz qalması ilə bağlı görüntülər yayılıb.
Ermənistan “məhkəməsi” Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.*
V.Əliyev