Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 878-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 280 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 579 nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 857 (ötən gün 472 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 630 min 905 test aparılıb.*