“Azərsu” ASC “AE UNION” MMC ilə mobil terminal, planşet və printer avadanlıqlarının satın alınması haqqında müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, müqavilə 700 ədəd mobil terminal və 90 ədəd planşetin satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 775,555 min manatdır.*
R.Əhmədov