Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 880-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 280 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 581 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 651 (ötən gün 857 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 631 min 556 test aparılıb.*
V.Əliyev