İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 252,9 milyon manat artıb. Həmçinin özəl sektordan daxilolmalar 1,3 milyard manat (artım +15,2%) təşkil edib.
İşsizlikdən icbari sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,7% artaraq 72,5 milyon manat, həmçinin özəl sektordan daxilolamalr – 54 milyon manat (+16,1%) olub.
Yanvar-may aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,9% artaraq 370 milyon manat, həmçinin özəl sektordan daxilolmalar – 260 milyon manat (+20,8%) təşkil edib.**
R.Əhmədov