İyunun 13-də ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi (Konqresin yuxarı palatası) Birləşmiş Ştatların Azərbaycanda səfiri postuna Mark Libbin namizədliyi məsələsini nəzərdən keçirəcək.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu barədə Komitənin məlumatında qeyd olunur.
Ötən ilin may ayında ABŞ prezidenti Co Bayden məlumat verib ki, Azərbaycanda səfir vəzifəsinə Mark Libbi irəli sürür. Qanunvericiliyə əsasən, Libbin namizədliyi məsələsinə əvvəl Beynəlxalq Münasibətlər Komitə tərəfindən, daha sonra – tam tərkibdə Konqresin yuxarı palatası tərəfindən baxılacaq.
Mark Libbi - müşavir-elçi dərəcəsinə malik olan kadr diplomatdır. Polşa və fransız dillərində sərbəst danışır. **
R.Kərimov