Bu həftə Avropa Parlamentinin iyun sessiyası zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsinə baxılacaq.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Avropa Parlamentinin Tədqiqat Xidmətinin məlumatına görə, Azərbaycanla Ermənistan arasında münasibətlər, Azərbaycanın Qarabağ regionunda və Laçın yolunda vəziyyətə dair suallara Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel cavab verəcək.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, bu məsələlərə, çərşənbə axşamı iyunun 13-də baxılacaq. **
R.Kərimov