Bazar ertəsi avtomobillərin maliyyə lizinqi bazarına fəaliyyət göstərən «LEGİON FİNANCİAL» MMC 500 min manatlıq istiqrazlar yerləşdirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, istiqarzlar Bakı Fond Birjasının (BFB) meydançasında yerləşdirilib.
“Hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil edib», - BFB-dən vurğulanıb.
Emissiya bir qiymətli kağız üçün nominalı 1 min manat olan 500 ədəd istiqraza bölünüb, istiqrazların tədavül müddəti – 1800 gün, gəlirlilik – illik 15%-dir, kupon ödənişi - hər 30 gündən birdir.
İstiqrazların ödəmə tarixi – 30 may 2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
«LEGİON FİNANCİAL» MMC 2020-ci ilin iyun ayında Azərbaycanda dövlət qeydiyyatından keçib. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 601,1 min manata bərabərdir, təsisçiləri 3 fiziki şəxsdir.
2022-ci ilin sonuna cəmiyyətin aktivləri 2,13 milyon manat, lizinq portfeli – 2,1 milyon manat həcmində qiymətləndirilir. 2022-ci ilin yekunları üzrə cəmiyyətin xalis mənfəəti 282,7 min manat təşkil edib. **
X.Nəsirzadə