Türkiyənin Bakıdakı səfiri Cahid Bağçı Twitter-də yazıb ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərə gələcək.
Diplomat vurğulayıb ki, “iki qardaşın böyük görüşü” (Azərbaycan və Türkiyə prezidentərinin – İF-Az) bu gün baş tutacaq.
Xəbər verildiyi kimi, iyunun 13-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın danışqıları planlaşdırılır.
Dövlət başçıları ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazda vəziyyəti, həmçinin Ermənistanla münasibətlərin normalaşmasını müzakirə edəcəklər. **
N.Abbasova