Şahmat üzrə dünya çempionları siyahısında bir nömrə olan norveçli Maqnus Karlsen və iddiaçıların son iki turnirində qalib gələn rusiyalı Yan Nepomnyaşiy 2023-cü ildə Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kubokunda iştirak edəcəklər. Bu barədə bazar ertəsi BeynəlxalqŞahmatFederasiyasından (FİDE)məlumat verilib.
Şahmat üzrə Dünya Kuboku iyulun 29-dan avqustun 25-dək Bakıda keçiriləcək.
Nokaut sistemi ilə keçiriləcək turnirin mükafat fondu $2,5 milyon təşkil edəcək. Dünya kubokunun finalçıları və üçüncü yerin qalibi Çindən olan hazırkı dünya çempionu Din Lijen ilə şahmat tacı uğrunda oyunda mübarizə aparacaq iddiaçılar turnirində qarşılaşacaqlar.
FIDE-dən qeyd edilib ki, Dünya Kubokunda 206 şahmatçıdan 146-sı və qadınlar arasında Dünya Kubokunda 103 şahmatçıdan 71-nin iştirakı təsdiqləyib.
2023-cü il Dünya Kubokunun təsdiqlənmiş iştirakçıları arasında həmçinin FİDE-nin reyinq siyahısının ilk onluğuna daxil olan Fabiano Caruana (ABŞ), Aniş Giri (Niderland) və Uesli So (ABŞ), o cümlədən Maksim Vaşye-Laqrav (Fransa) və Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədov və 2019-cu il Dünya Kubokunun qalibi Teymur Rəcəbov da yer alır.
Çindən dünya çempionu Tszyuy Venjyun, FİDE-nin reyinq siyahısında ikinci yer tutan hindistanlı Hampi Koneru, həmçinin Aleksandr Goryaçkina, Yekaterina Laqno və 2021-ci ildə qadınlar arasında Dünya Kubokunun sahibi Aleksandra Kostenyuk Bakıya gələcəklər. **
R.Kərimov