Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 881-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 280 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 581 nəfər (sutka ərzində 0) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 858 (ötən gün 651 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 632 min 414 test aparılıb.**
N.Abbasova