Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Türkiyə prezidentini və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Xəbər verildiyi kimi, iyunun 13-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın danışıqları planlaşdırılır.
Dövlət başçıları ikitərəfli münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyəti, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edəcəklər. **
N.Abbasova