Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu otel inşa edəcək. Bu barədə Qırğızıstanın iqtisadiyyat naziri DaniyarAmangeldiyev məlumat verib.
“Prezident (Qırğızıstanın - İF) Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Azərbaycan tərəfi İssık-Kulda 5 ulduzlu otel tikəcək. Yaxın zamanda saziş imzalanacaq. O cümlədən, Özbəkistana və Qazaxıstana öz pansionatlarımızı təqdim etmişik, bu səbəbdən hazırda həmin pansionatların 5-4 ulduzlu pansionatlar səviyyəsinə çatdırılması nəzərdən keçirilir”, - Amangeldiyev “Birinci radio”ya verdiyi müsahibədə bildirib.
«Interfaks-Azərbaycan» qeyd edir ki, nazirin sözlərinə görə, Qırğızıstanda otel nömrələrii fondunda qıtlıq var. **
R.Əhmədov