2023-cü ilin yanvar-may aylarında operativ məlumatlara əsasən Azərbaycanda neft-kondensat hasilatı 12,7 milyon ton olub. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, yanvar-may aylarında Azərbaycan dünya bazarlarına 10,6 milyon ton neft-kondensat ixrac edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda neft (qaz kondensatı ilə birlikdə) hasilatı 32 milyon 667,7 min ton (azalma 5,5%), ixracı 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton həcmində proqnozlaşdırır.*
N.Abbasova