2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 14,5 milyon ədədə qədər artıb. Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bu gün “Fintex Summit”də çıxışı zamanı deyib.
“2023-cü il mayın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 14,5 milyon ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur. Hesabat dövründə bu kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat olub”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, nağdsız dövriyyədə kart əməliyyatlarının xüsusi çəkisi 52%-ə çatıb. Ödəniş kartlarının 10,5 milyon ədədi təmassız kartların payına düşür. Ötən dövr ərzində təmassız ödənişlərin sayı 2,3 dəfə, həcmi 92% artıb.
F.Osmanov əlavə edib ki, cari ilin I rübündə “Apple Pay” üzərindən ödənişlər 11 milyon əməliyyat üzrə 327 milyon manat, “Google Pay” ödənişləri isə 107 milyon manat təşkil edib.*
X.Nəsirzadə