SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub”, - deyə məlumatda qeyd olunub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Etilen-Polietilen Zavodu 1988-ci ilin yanvar ayında Sumqayıt Sintetik Kauçuk Zavodunda “EP-300” neft-kimya kompleksi kimi istismara verilib. Zavodda yüksək təzyiqli polietilen, eləcə də etilen istehsal olunur.*
N.Abbasova