Azərbaycan Prezidenti İlham Əliyev bu gün beynəlxalq hüququn çalışmamasından, güc faktorunun isə ön plana çıxmasından təəssüfləndiyini bildirib.
“Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində gördük. Aparılan danışıqlar heç bir nəticə vermədi, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu”, - deyə dövlət başçısı iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Əliyev vurğulayıb ki, Bakı və Ankaranın bundan sonra da birgə fəaliyyət istiqamətində aparacağı işlər “həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”.*
R.Kərimov