Ağdam rayonunun Kəngərli kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I və II faza üzrə söküntü və şaquli planlaşdırma işlərinə “AZ GRAFT CONSTRUCTION” MMC cəlb edilib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, müqavilənin dəyəri 3 milyon 311 min 895,69 manatdır.
İşlərin yerinə yetirilmə müddəti 75 gündür.*
R.Əhmədov