2023-cü ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 818,6 milyon manat və ya ÜDM-in 5,68%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13 milyard 961 milyon manat (2022-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə artım 12,2%), xərcləri 11 milyard 142,4 milyon manat (artım 6,6%) təşkil edib.
Yanvar-may aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 49 milyard 580,8 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri 33 milyard 353,278 milyon manat, kəsiri isə 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4%-i səviyyəsində proqnozlaşdırılır. Hazırda parlamentdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinə baxılır.*
A.Əzizov