Pakistanın baş naziri Şahbaz Şərif 14-15 iyun tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın baş naziri Şahbaz Şərif iyunun 14-15-də Azərbaycanda rəsmi səfərdə olacaq”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində Əliyev ilə Şərif arasında danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar zamanı tərəflər əməkdaşlığın müxtəlif istiqamətlərini, o cümlədən ticarət və enerji sahələrində qarşılıqlı fəaliyyəti, ümumi maraq doğuran regional və qlobal məsələləri, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə edəcəklər.*
Xəbərlər şöbəsi