“Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, “SOCAR Downstream Management” MMC-dən (SOCAR-ın törəmə şirkəti) qeyd olunub ki, yanğın zavodun işinə təsir göstərməyib, müəssisə normal rejimdə fəaliyyət göstərir.
Etilen-Polietilen Zavodu 1988-ci ilin yanvar ayında Sumqayıt Sintetik Kauçuk Zavodunda “EP-300” neft-kimya kompleksi kimi istismara verilib. Zavodda yüksək təzyiqli polietilen, eləcə də etilen istehsal olunur.*
Xəbərlər şöbəsi