ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda görüşünü “mümkün olduqca tez bir zamanda” keçirməyə ümid edirlər. Bu barədə Dövlət Deartamentinin sədri Metyu Miller bəyan edib.
“Tərəflər (Bakı və İrəvan – İF-Az) sülh dialoqu keçirməyə davan etdikləri zaman biz Vaşinqtonda danışıqların daha bir raundunu keçirməyi gözləyirik”, - Miller brifinqdə bildirib və əlavə edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü “mümkün olduqca tez bir zamanda” keçirməyə ümid edirlər.
Onun sözlərinə görə, iyun ayında (12 iyun - İF) ABŞ-da keçirilməsi nəzərdə tutulan görüş tərəflər arasında fikir ayrılıqları səbəbindən deyil, planlaşdırılma məsələsinə görə keçirilməyib.
Dövlət Departamentinin nümayəndəsi görüşün yeni tarixini açıqlamayıb.
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 12-də Vaşinqtonda planlaşdırılan görüşü təxirə salınıb. **
R.Kərimov