Azərbaycan hökuməti 2023-cü ilin sonunadək 2 minə yaxın ailəni daimi məskunlaşdırılması məqsədilə Qarabağ və Şərqi Zəngəzura qaytarmağı planlaşdırır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bəyan edib.
“Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdışı və daimi məskunlaşdırılması panlaşdırılır. Yəni, söhbət 10 minə yaxın şəxsin doğma el-obalarına qayıdışından gedir”, - Hüseynov çərşənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, Laçın şəhərinə təxminən 700 ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə - 400 ailənin, Şuşa şəhərinə - 450 ailənin, Füzuli şəhərinə - 267 ailənin, Zəngilanın Ağalı kəndinə 100-ə yaxın ailənin köçürülməsi planlaşdırılır. **
R.Əhmədov