2022-ci ildə “Bank Respublika” ştatı artırmağı davam etdirib.
“İnterfaks-Azərbaycan” bankın illik hesabatına istinadən məlumat verir ki, 2022-ci ilin sonuna bankda 1 476 nəfər çalışıb və hesabat ilində ştat 236 nəfər artıb.
Beləliklə, 2022-ci ildə bank ştatını 19% artırıb.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 11 fiziki və 4 hüquqi şəxsdir. Səhmdarların sırasına “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT daxildir (4,25%). Bankın əsas səhmdarı sahibkar Natiq Quliyev və onun qohumlarıdır. **
R.Əhmədov