2023-cü ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 11 milyard 165,2 milyon kVt/saat olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 10 milyard 787 milyon kVt/saat (artım 5,9%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
Yanvar-may aylarında “Azərenerji” ASC-nin istilik elektrik stansiyalarında 10 milyard 78 milyon kVt/saat (artım 7,2%), su elektrik stansiyalarında 657,9 milyon kVt/saat (azalma 12,2%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə əmtəəlik külək enerjisinin istehsal həcmi26,2 milyon kVt/saat (artım 55%), günəş enerjisinin istehsal həcmi 25,2 milyon kVt/saat (artım 4,6%) təşkil edib
Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir. **
N.Abbasova