Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü məlumat verib ki, Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədindəki Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub.
“İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - MN-dən bəyan ediblər.
Həmçinin, dünən Müdafiə Nazirliyi məlumat verib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. **
R.Kərimov