Gürcüstan parlamenti “Gürcüstan hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi ratifikasiya edib.
Saziş Azərbaycanla Gürvcüstan arasında aprelin 24-də Bakıda imzalanıb.
Sazişin müəyyən etdiyi əməkdaşlıq sahələri aşağıdakılardır: hərbi təhsil, təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, NATO Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq, hərbi qanunvericilik, hərbi topoqrafiya, hərbi tibb, müdafiə kibertəhlükəsizliyi, sosial, idman və mədəni tədbirlər. **
R.Əhmədov