Avropa İttifaqı (Aİ) Azərbaycanda İnkişaf Agentliyi yarada bilər. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin koordinatoru Viktor Bojkov bəyan edib.
“Biz Azərbaycanda Avropa İttifaqının İnkişaf Agentliyi yaratmaq istəyirik”, - Bojkov çərşənbə günü Bakıda “Azərbaycanda sosial iqtisadi inklüzivlik" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Azərbacanla strateji əməkdaşlıq görür.
"Hazırda tərəfdaşlıq və əməkdaşlıq sazişlərinin yenilənməsi prosesi gedir. Azərbaycan böyük investisiya potensialına malikdir. Aİ-nin ayrılmış vəsaitlərindən səmərəli istifadə etmək və digər investorları cəlb etmək lazımdır. Bu, ölkə daxilində kreditləşməyə və investisiya potensialına yaxşı təsir göstərəcək", - Bojkov bildirib. **
B.Rüstəmbəyov