“Himmara Audit” MMC 2022-ci il üzrə “Aqroservis” ASC-nin maliyyə hesabatlarının auditini keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istonadən məlumat verir ki, tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilə “Aqroservis”in 2022-ci il üzrə maliyyə hesabatlarının auditi və nizamnamə kapitalının dəyişdirilməsinə audit rəyinin verilməsini nəzərdə tutur.
Müqavilənin dəyəri – 37 min 464,91 manatdır.
Müqavilə üzrə bütün işlər 12 avqust 2023-cü ilədək tamamlanmalıdır.
“Himmara Audit” “Aqroservis” ASC-nin 2022-ci il üzrə auditini keçirib. **
R.Əhmədov