2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 409,038 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 32,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $123 milyon 989,8 min (artım 17,9%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-aprel aylarında aldığı buğdanın qiyməti bir ton üçün $303,13 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $48 milyon 805.7 min dəyərində (artım 15,6%) 82,215 min ton şəkər xammalı və şəkər (artım 4,4%), $46 milyon 509,3 min dəyərində (azalma 40.3%) 35,04 min ton bitki yağı (azalma 29%), $23 milyon 968,7 min dəyərində (azalma 6,4%) 4,483 min ton çay (azalma 13,2%), $34 milyon 442 min dəyərində (azalma 13,5%) 6,197 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 14,5%) idxal edilib.
Bununla yanaşı, respublikaya $6 milyon 462,2 min dəyərində (artım 46,3%) 1,635 min ton iribuynuzlu heyvan əti (artm 67,6%), $15 milyon 380,7 min dəyərində (artım 9,5%) 10,775 min ton quş əti və quş əti məhsulları (artım 13,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $55 milyon 471,1 min dəyərində (artım 1,1%) 54,894 min ton meyvə (azalma 6,4%), $9 milyon 33,9 min dəyərində (artım 2,5%) 15,436 min ton tərəvəz (artım 5,3%), $25 milyon 110,8 min dəyərində (artım 6,2%) 84,318 min ton kartof (azalma 13%) idxal edilib.
Yanvar-aprel aylarında ölkədən $59 milyon 775,6 min dəyərində (azalma 6,7%) 52,197 min ton tərəvəz (azalma 4%), $94 milyon 882,5 min dəyərində (azalma 0,4%) 68,779 min ton meyvə (artım 0,6%), $3 milyon 475,7 min dəyərində (artım 66,7%) 7,777 ton kartof (artım 71,7%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $12 milyon 377,3 min dəyərində (artım 37,6%) 17,226 min ton şəkər (artım 23%), $1 milyon 376,9 min dəyərində (azalma 81,5%) 739,4 ton bitki yağı (azalma 83%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $6 milyon 99 min dəyərində (artım 44,9%) 5,016 min ton meyvə və tərəvəz şirələri (artım 42,9%), $2 milyon 83,8 min dəyərində (artım 3 dəfə) 116,8 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2,2 dəfə), $5 milyon 386 min dəyərində (artım 2,3 dəfə) 3,323 min ton meyvə və tərəvəz konservləri (artım 67,3%), $2 milyon 48 min dəyərində (azalma 68,5%) 908,1 ton tütün (azalma 52,3%), $2 milyon 142,8 min dəyərində (azalma 36,2%) 239,9 ton çay (azalma 55,3%) ixrac edib.**
B.Rüstəmbəyov