Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Zəngəzur dəhlizinin açılmasına əsas maneə Ermənistanın deyil, İranın mövqeyidir.
"Zəngəzur dəhlizi Ermənistanla əlaqədar olmayan problemdir. Zəngəzur dəhlizi İranla bağlı problemdir. İranın bu cür davranışı həm Azərbaycanı, həm də bizi üzür. Əslində bu onları üzməlidir (İranı - İF). Onlar tərəfdən müsbət yanaşma halında Türkiyə-Azərbaycan-İran həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə bir-biri ilə inteqrasiya olunacaq və bəlkə də "Pekin-London xətti" açılacaq", - Türkiyə lideri Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərlə söhbət zamanı bildirib.
O, həmçinin qeyd edib ki, layihənin həyata keçirilməsində daha bir problem yüksək dəmir yolu ödənişləridir.
"Bundan əlavə, vaqon üçün ödənişlər, təəssüf ki, çox yüksəkdir. Ümid edirəm ki, bu problemi də tezliklə həll edəcəyik", - o qeyd edib.
Dünən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin tezliklə işə salınması barədə fikirlər səsləndiriblər. **
N.Abbasova