Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 884-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 281 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 589 nəfər (sutka ərzində 5 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,2 min (ötən gün 1,145 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 634 min 759 test aparılıb.**
X.Nəsirzadə